EN

Rusiyada deputatının kürəkəni oğurlanıb, Zenit in futbolçusu isə canilərdən qurtula bilib

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyanın Sankt-Peterburq şəhərində "Zenit" futbol klubunun oyunçusu Andrey Mostovoyu və Dövlət Dumasının deputatı Vyaçeslav Makarovun kürəkəni - 50 yaşlı Sergey Selegeni qaçırmağa cəhddə ittiham olunan dörd nəfər saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Fontanka" məlumat yayıb.

Qeyd olunur ki, saxlanılanlar icraçılardır, sifarişçi isə "Telegram" messencerindən əlaqə yaratmış anonim şəxsdir. Məqsəd 10 milyon rubl (210590 manat) ələ keçirmək olub ki, bu məbləğin yarısı birbaşa qaçıranlara vəd edilib. 23 oktyabrda təqsirləndirilən şəxslər "Zenit"in futbolçusu Mostovoyu zorla maşına mindirib oğurlamağa ediblər, lakin o, qaçmağı bacarıb və daha sonra polisə müraciət edib.

İcraçılar Selegeni isə avtomobildə apararkən polis tərəfindən saxlanılıblar. Onlar Sergey Selegendən kriptovalyuta hesabına 10 milyon rubl köçürməyi tələb edərək, onu qohumlarına zəng etməyə məcbur ediblər. Selegenin qohumları nə baş verdiyini anladıqdan sonra dərhal hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıblar.

Saxlanılan gənclərdən birinin saxlanma videosu yayılıb. Qeyd olunur ki, Samir adlı şübhəli şəxs 20 yaşındadır, dənizçilik üzrə təhsil alıb, bodibildinqlə maraqlanır və yeni doğulmuş bacısı ilə fotoları var. Rusiya qanunvericiliyinə əsasən qrup halında adam qaçırmağa görə onu 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
68
oxu.az

1Sources