EN

Ramiz Mehdiyevin hakim qohumu yola salınır KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Nizami rayon Məhkəməsinin hakim Nəriman Hüseynqulu oğlu Mehdiyev üçün Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin qardaşının oğludur.

KONKRET.az tribunainfo.az-a istinadən xəbər verir ki, son hadisələrdən sonra onun da hakimlikdən uzaqlaşdırılması gündəmə gəlib. Onun adı buna qədər bir sıra ədalətsiz məhkəmə qərarında çəkilib. Əmisinə dövlətə xəyanət ittihamı ilə cinayət işi açıldıqdan sonra hakim Nəriman Mehdiyevin də məhkəmə-hüquq sistemində qalması sual doğurur. Odur ki, onunla bağlı qərar veriləcəyi istisna edilmir.

Nəriman Mehdiyevin digər qardaşı polkovnik-leytenant Telman Mehdiyev isə Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
6
konkret.az

7Sources