ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 27 oktyabr, AZƏRTAC
Yamaykada tüğyan edən “Melissa” qasırğası azı dörd nəfərin ölümünə səbəb olub.
AZƏRTAC xəbər verir ki, qasırğa səbəbindən ölkənin fövqəladə xidmət orqanları yüksək hazırlıq səviyyəsinə gətirilib, adadakı bütün hava limanları fəaliyyətini dayandırıb.
Hökumət sakinləri ehtiyatlı olmağa və kəskin ehtiyac yaranmadığı təqdirdə açıq havaya çıxmamağa çağırıb.
Dominikan Respublikasında yıxılan ağaclar və zədələnmiş infrastruktur səbəbindən 500 mindən çox insan susuz qalıb. Həmçinin qasırğanın yaxın zamanlarda Kubaya çatacağı gözlənilir. Artıq ölkənin şərq sahillərində yaşayan 145 min insan təxliyə edilib.
Sinoptiklər bazar ertəsi və ya çərşənbə axşamı qasırğanın saatda 157 mil (250 kilometr) sürətə çataraq 5-ci kateqoriyaya yüksələcəyini proqnozlaşdırırlar. Həmçinin onlar Yamayka, Haiti və Dominikan Respublikasında daşqınların və torpaq sürüşmələrinin ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.