EN

Təşkilati-hüquqi formasını dəyişən sığorta şirkətinin səhmləri dövriyyədən çıxarılır

Bakı. Trend:

“Buta Sığorta və Təkrar Sığorta Brokeri” Qapalı SəhmdarCəmiyyəti (QSC) təşkilati-hüquqi formasını dəyişir.

Trend xəbərverir ki, bunu şirkət özü elan edib.

Məlumata görə, “Buta Sığorta və Təkrar Sığorta Brokeri” bundansonra fəaliyyətini məhdud formada davam etdirəcək.

Beləliklə, şirkət QSC-dən Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC)çevrildiyini elan edir.

Məlumatda vurğulanıb ki, bu qərara müvafiq olaraq, AZ1001021364qeydiyyat nömrəli ümumi dəyəri 2 min manat, hər birinin nominaldəyəri 1 manat olan 2 min ədəd adi, adlı səhm dövriyyədənçıxarılır.

Qeyd edək ki, Buta Sığorta və Təkrar Sığorta Brokeri 2019-cuildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisiMiskərli Abas İlqar oğludur.

Chosen
25
az.trend.az

1Sources