AzVision.az xəbər verir ki, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy belə deyib. 
 
 
 
 “Rusiya azərbaycanlı tərəfdaşları kimi Azərbaycanla humanitar əlaqələri bərpa etməyə hazırdır. Ölkələr arasında mədəni əlaqələrin bərpa olunmaması üçün heç bir köklü səbəb yoxdur”,- rusiyalı məmur bildirib. 
 
 
 
Onun sözlərinə görə, Rusiya və Azərbaycanı “əsrlik tarix birləşdirir” . Xalqlar“çox yaxın qohumluq bağlarına malikdir və hər iki ölkədə cəmiyyətin əsaslarını təşkil edən eyni mənəvi-əxlaqi dəyərləri bölüşürlər”.
 
 
 
 Sahil İsgəndərov
 
  AzVision.az 
                         
                        