ABŞ-a məxsus helikopter və döyüş təyyarəsi Cənubi Çin dənizinə düşüb
7NEWS.az xəbər verir ki, "Rutin əməliyyatlar” zamanı USS Nimitz təyyarədaşıyan gəmisindən havaya qalxan Sea Hawk helikopteri və F/A-18 Super Hornet döyüş təyyarəsi ayrı-ayrı vaxtlarda qəzaya uğrayıb. Beş ekipaj üzvünün hamısı sağ qalıb.