Tanınmış jurnalist Fərdin İsazadə Azərbaycan müdafiə naziri Zakir Həsənov tərəfindən hərbi əməkdaşlığa görə medalla təltif olunub.Bu barədə Fərdin İsazadə özü məlumat verib“Başda cənab nazir Zakir Həsənov olmaqla, Müdafiə Nazirliyinin rəhbərliyinə və bütün əməkdaşlarına göstərdikləri diqqətə və bu mükafatla verdikləri yüksək qiymətə görə dərin təşəkkürümü bildirirəm. Bu etimad mənim üçün böyük şərəf və məsuliyyətdir”, deyə F.İsazadə qeyd edib.Qeyd edək ki, Fərdin İsazadə hazırda Baku TV-də çalışır. O uzun müddətdir ki, hərbi mövzularla bağlı müxtəlif analitik reportajlar hazırlayır. Fərdin İsazadə həmçinin vətən müharibəsi günlərində də cəbhə bölgəsində jurnalist kimi xidmət göstərib.


