EN

Mandarin yeməzdən əvvəl diqqət EDİN

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Mandarini və digər sitrus meyvələrini ticarət üçün cəlbedici etmək məqsədilə tez-tez kimyəvi maddələrlə emal edirlər. Bu maddələr çox miqdarda olduqda sağlamlıq üçün təhlükəli ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə dietoloq Cənni Çiş "Mirror" nəşrinə açıqlama verib.

Həkim bildirib ki, sitrusların qabığını göbələklərin qarşısını almaq üçün tez-tez imazalil və tiabendazol maddələri ilə emal edirlər. Bu kimyəvi maddələr qaraciyərə və endokrin sistemə təsir göstərə bilər. Digər emal kimyəvi maddələri də dəri qıcıqlanması, metabolik və nevroloji pozuntulara səbəb ola bilər.

Çiş qeyd edib ki, kiçik dozada bu maddələr zərər vermir, lakin böyük miqdarda sağlamlıq üçün risk yaradır. Ən yüksək təhlükə isə meyvənin qabığının istifadəsi və ondan müxtəlif yeməklərin hazırlanması zamanı yaranır.

Sağlamlığı qorumaq üçün diyetoloq məsləhət görür ki, meyvələr yaxşı-yaxşı yuyulsun, qabıq istifadə olunacaqsa, əlavə olaraq sabun və fırça ilə təmizlənsin.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
63
1
redaktor.az

2Sources