EN

Trampın oğlu prezident olacaq? - “İstəsəm...”

ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp gələcək illərdə prezident seçkilərində namizəd ola biləcəyini bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, Erik Tramp İsrailin “Kanal 13” televiziya kanalına verdiyi müsahibədə xatirə kitabı “Under Siege” (Mühasirədə) haqqında fikirlərini bölüşüb. Gələcəkdə prezidentliyə namizəd olub-olmayacağı sualına cavab olaraq Tramp “Heç vaxt bilmək olmaz. Heç vaxt və heç nəyə qəti yox deməyin” ifadəsini işlədib. Prezident seçkilərində namizəd ola biləcəyinə işarə edən Erik Tramp “Düşünürəm ki, istəsəm edə bilərəm, amma görək nə olacaq”,- deyə əlavə edib. 

Chosen
36
cebheinfo.az

1Sources