EN

Amerikanın "Qiyamət günü təyyarəsi" Filippinə enib

“Qiyamət günü təyyarəsi” kimi də tanınan və ABŞ prezidentlərinin istifadə etməsi üçün nəzərdə tutulan "E-4B" təyyarəsi Manila beynəlxalq hava limanına eniş edib.

Xezerxeber.az xəbər verir ki, “Inquirer” qəzetinin Filippin Hərbi Hava Qüvvələrinə istinadla yaydığı məlumata görə, təyyarə hava limanına bazar günü enib və “yanacaq doldurmaq və ekipajın istirahəti üçün” bir gecə orada qalıb.

Filippin ordusu təyyarəyə nəzarət edir və texniki xidmət göstərir.

Nəşr “Qiyamət günü təyyarəsi”nin Filippinə enməsinin səbəbini dəqiqləşdirməsə də, bunun ABŞ Prezidenti Donald Trampın Yaponiyaya səfəri və ümumən Asiya turu fonunda baş verdiyini qeyd edir.

Nüvə hücumu baş verdiyi təqdirdə "E-4B" təyyarəsinin göyərtəsində ölkənin yüksək rəhbərliyinin komanda məntəqəsi təşkil olunur və o, havada yanacaq doldurmaqla bir həftəyədək uçuşda qala bilir. Təyyarədəki bütün avadanlıqlar nüvə partlayışının zərərli təsirlərindən qorunur. Bu tip təyyarə 2001-ci ilin 11 sentyabr terror aktları zamanı ABŞ-ın 43-cü Prezidenti Corc Buş tərəfindən istifadə edilib.

Chosen
3
4
xezerxeber.az

5Sources