EN

DİQQƏT: Bu ət məhsulunun qiyməti də bahalaşacaq

Ətin qiymətində müşahidə olunan artım təkcə ət bazarında deyil, digər qida sektorlarında da təsirini göstərə bilər.

Mütəxəssislərin fikrincə, xüsusilə balığa olan tələbatın artması fonunda bu məhsulun qiymətində də yüksəliş gözlənilir. Maraqlıdır, ət bazarındakı bahalaşma balıq qiymətlərinə necə təsir edə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hazırda ölkədə inflyasiya hər sahədə müşahidə olunur və bu proses qida məhsullarına da təsirsiz ötüşmür:

Natiq

“Azərbaycanda inflyasiya hər sahədə gedir. Təbii ki, qida məhsullarının bir hissəsi bahalaşanda, digər növlərinə də təsir göstərir. Çünki ət bahalaşdıqca balığa tələbat artır. Tələbat artdıqca tələb-təklif arasında disbalans yaranır. Nəticə etibarilə qiymət daha da artır”.

Ekspertin sözlərinə görə, bu proses bir-biri ilə sıx bağlı sahələr arasında zəncirvari şəkildə davam edir və köklü iqtisadi islahatlar aparılmadığı halda, artan qiymətlər digər bazarlara da sirayət edəcək:

“Fundamental, köklü həll yolları tapılmasa, bir sahədə artan qiymət digər sahələrin qiymətlərinin artmasına da səbəb olacaq”.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
26
konkret.az

1Sources