EN

Ermənistanda müdafiə xərcləri AZALDILIR

Ermənistanda müdafiə xərclərinin 2026-cı ildə azaldılması planlaşdırılır. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə  27 oktyabrda parlamentin daimi komitələrinin birgə iclasında bildirilib. Dəyişiklik 2026-cı il üçün dövlət büdcəsi layihəsində əksini tapıb.

2025-ci il üçün dövlət büdcəsi layihəsi ilə müqayisədə Müdafiə Nazirliyinin xərcləri 15,3% azaldılaraq 563,1 milyard dram (1,4 milyard ABŞ dolları) təşkil edəcək. Bu, ümumi dövlət büdcəsi xərclərinin təxminən 15,5%-ni təşkil edir.

Daxili İşlər Nazirliyinə də ayrılacaq vəsait  2,2% və ya 102,6 milyard dram (təxminən 267 milyon ABŞ dolları) azaldılacaq.

Chosen
10
1
cebheinfo.az

2Sources