EN

Mirzoyan: Sülhün bərqərar olmasına baxmayaraq, hələ də...

BAKI, 27 oktyabr. TELEQRAF

“Azərbaycan və Ermənistan arasında sülh bərqərar olsa da, hələ də həllini tapmayan bəzi məsələlər var”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Əlbəttə, sülhün institusionallaşdırılması və mehriban qonşuluq münasibətlərinin qurulmasından danışarkən onu da qeyd etməliyik ki, hələ də bu dövrdə həllini tapmayan, yaxud çətinliklə həll olunan və ya həlli daha çətin kimi qiymətləndirilən məsələlər var”, - o bildirib.

Mirzoyan bunlara misal olaraq itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və digər humanitar məsələləri göstərib:

“Bir çox başqa məsələlər var və bu barədə mənim şəxsi fikrimi soruşsanız, bu, hələ də böyük maneədir, bunların aradan qaldırılması üçün hələ də çalışılmalıdır və həll olunacaq”.

Xarici işlər naziri əlavə edib ki, bu kimi məsələlər həll olunmayana qədər heç nə söyləməyəcək.

Chosen
46
teleqraf.com

1Sources