EN

Partiya sədri Ramiz Mehdiyevə çalışan müxalifətçiləri İFŞA ETDİ

“Ramiz Mehdiyevin fəaliyyəti hər zaman açıq şəkildə Rusiyayönümlü olub”.

Bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, R.Mehdiyev hər zaman Azərbaycanın demokratik düşərgədə olan insanlarını sıxmaqla ölkəni Qərblə üz-üzə qoyaraq Rusiya ilə yaxınlaşdırmaq xəttini tutub:

“Hətta mən bununla bağlı 2017-ci ildə geniş videomüsahibə də vermişəm. Yəni bu gün Ramiz Mehdiyev ifşa olunduğu üçün onun haqqında danışmıram. O, hələ vəzifədə başında olanda ifşa etmişəm. Bəziləri kimi zamanında Ramiz Mehdiyevə yaltaqlanıb, indi ifşa olunduğu üçün əleyhinə danışmırıq. Biz zamanında onun destruktiv fəaliyyətinə münasibətimizi bildirmişik”.

Onun sözlərinə görə, Azərbaycan müxalifətindəki bəzi şəxslər Ramiz Mehdiyevə çalışır:

“Onlar Ramiz Mehdiyevin əlində “alət”ə çevriliblər. 2019-cu ilin 19 oktyabr tarixində Bakıda AXCP və Mili Şura tərəfindən keçirilən mitinq birbaşa Ramiz Mehdiyevin diqtəsi ilə baş tutmuşdu. O, ölkənin daxilindəki sabitliyi pozaraq vəzifədə qalma müddətini artırmağa çalışırdı. Nəzərə almaq lazımdır ki, həmin 3 noyabr tarixinə növbəti mitinq salındı. 

Lakin Ramiz Mehdiyev 23 oktaybrda Prezident Administrasiyanın rəhbəri vəzifəsindən azad olunduqdan və AMEA-nın prezidenti təyin olunduqdan sonra bu mitinq ləğv olundu.

Çünki Mehdiyev mitinqin ləğv olması ilə bağlı göstəriş vermişdi. Bütün bunlar siyasətlə məşğul olan adamlar üçün gözlə görünən və xüsusi ağıl tələb etməyən siyasi gedişlər idi”.

Ağasif Şakiroğlu Ramiz Mehdiyev barəsində irəli sürülən ittihamlardan da danışıb:

“O, təkcə yaxın tarixdə hakimiyyət çevrilişinə cəhd etməyib. Ramiz Mehdiyev hər zaman vətənə xəyanət edib və hakimiyyəti ələ keçirməyə çalışıb. O, vəzifədə olduğu müddətdə hakimiyyəti zorla ələ keçirmək istəyirdi.

Hesab edirəm ki, Ramiz Mehdiyevin Azərbaycan müxalifətinə uzanan əlləri də ifşa olunmalıdır. Məsələn, Əli Kərimli, Cəmil Həsənli və Sərdar Cəlaloğlu Ramiz Mehdiyevə çalışıb. Bu, faktdır. Onun bütün şəbəkəsi çökdürülməlidir.

Sərdar Cəlaloğlu Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla sıx əlaqədə olduğunu danmır. Əli Həsənovun da kimə çalışdığı hamıya məlumdur. Sərdar Cəlaloğlu Ramiz Mehdiyevi tərifləyəndə, mən onu “5-ci kolon”un bir nömrəli adamı adlandırmışam.

Həmin dövrdə “5-ci kolon” anlayışı siyasi leksikonumuza yad idi. Əli Kərimli və Cəmil Həsənli isə Ramiz Mehdiyevin himayəsi altında parlamentdə deputat seçilmişdi. Onlar seçkilərin demokratik keçirilmədiyini deyərək necə deputat seçilirdilər? Bunların hamısı faktlardır”.

Partiya sədri diqqətə çatdırıb ki, Əli Kərimli və Cəmil Həsənli Ramiz Mehdiyevi tənqid etmirlər:

“Onlar Ramiz Mehdiyevi hədəf seçmirlər və açılan cinayət işlərini şərh etmirlər. Əksinə, dolayı yollarla Azərbaycanın indiki vəziyyətinin Ramiz Mehdiyevin vəzifə tutduğu dönəmdən daha pis olduğunu iddia edirlər.

Chosen
67
cebheinfo.az

1Sources