Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universiteti beynəlxalq əməkdaşlıqistiqamətində daha bir mühüm nailiyyət əldə edib. Fulbrightproqramı çərçivəsində AzMİU-da fəaliyyət göstərən Caroline Lavoietərəfindən həyata keçirilən tədris və tədqiqat fəaliyyətiuniversitetin beynəlxalq layihələrində yeni bir mərhələnin əsasınıqoyub. Layihə AzMİU-nun Xarici Əlaqələr Şöbəsi ilə MemarlıqLayihələndirilməsi və Şəhərsalma kafedrasının birgə təşkilatçılığıilə reallaşdırılıb. Fulbright mütəxəssisi Caroline Lavoie iləyanaşı, layihənin icrasında universitetin müəllimləri YeganəKərimli, Şəhla Qəhrəmanova, Şeyda Novruzzadə və Səttar Kərimli dəyaxından iştirak edərək tələbələrin beynəlxalq akademik mühitdətəcrübə qazanmasına töhfə veriblər.
Fulbright mütəxəssisi kimi AzMİU-da fəaliyyət göstərən CarolineLavoie, universitetdəki fəaliyyətinin davamı olaraq, AmerikanınUtah Dövlət Universitetinin Landşaft Memarlığı və Ətraf MühitinPlanlaşdırılması kafedrası ilə AzMİU tələbələrinin birgəvorkşopunun keçirilməsinə təşəbbüs göstərib. Bu layihə buyaxınlarda Amerika Landşaft Memarları Cəmiyyəti (ASLA) və AmerikaPlanlaşdırma Assosiasiyası (APA) tərəfindən mükafatla təltifolunub.
Beynəlxalq vorkşop həm canlı, həm də onlayn formatda həyatakeçirilib. Tədbirdə Utah Dövlət Universitetinin Landşaft Memarlığıvə Ətraf Mühitin Planlaşdırılması kafedrasının 4-cü kurs bakalavrtələbələri AzMİU-nun müəllim və tələbələri ilə birgə çalışıblar.Seminarın əsas mövzusu şəhər dizaynı, Bakının mərkəzi tariximəhəllələrinin və yaşayış mühitinin regenerasiyası, eləcə də tarixitoxumanın qorunması, memarlıq və mədəni irsin mühafizəsi məsələləriolub. Təqdimatlarda eyni zamanda gələcək urbanistik inkişaf vəmüasir şəhər problemlərinin həlli yolları da davamlı inkişafkontekstində müzakirə edilib.
Layihənin ASLA və APA tərəfindən mükafatlandırılması AzMİU-nunbeynəlxalq akademik nüfuzunun artdığını və universitetin tələbə vəmüəllimlərinin qlobal miqyasda tanınmağa başladığını göstərir. Buuğur həm AzMİU-nun beynəlxalq əlaqələr sahəsindəki fəallığının, həmdə Azərbaycan memarlıq təhsilinin dünya elmi mühitinəinteqrasiyasının bariz göstəricisidir.