EN

A-QROUP-un sığorta mükafatı yenə də artdı

Bakı. Trend:

30 il sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup2025-ci ilin üç rübünə olan nəticələri açıqlayıb.

Bu ilin doqquz ayının maliyyə hesabatına görə sığorta haqlarınınhəcmi 11 158 850,99 AZN təşkil edib.

Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi 9 260 373,83 AZNolmaqla Könüllü Tibbi Sığorta üzrə olmuşdur və keçən ilin hesabatdövrü ilə müqayisədə artıb.

KASKO və əmlak sığortası üzrə mükafatların həcmi də artıb ki, buda A-Qroup şirkətinin sabit və müsbət artım dinamikasını daha danümayiş etdirir. KASKO mükafatları 1 119 312,22 AZN, əmlaksığortası üzrə isə 549 395,1 AZN təşkil edib.

2025-ci ilin üçüncü rübünün ərzində A-Qroup-un sığortalıları 8365 260,1 AZN məbləğində ödəniş almışlar. Orta hesabla, cari ilin 9ayı ərzində A-Qroup şirkəti tərəfindən müştərilərə hər gün 31 000AZN- nə yaxın pul ödənilib.

A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir.Şirkət artıq 30 ildir ki, sığorta bazarında uğurla fəaliyyətgöstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığortatələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərinödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir.A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə genişsığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksəkixtisaslı xidmətlər göstərir.

Chosen
55
3
az.trend.az

4Sources