EN

"Yuventus" Tudoru qovdu

“Yuventus”un baş məşqçisi İqor Tudor vəzifəsindən ayrılıb.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, 47 yaşlı xorvatiyalı mütəxəssisə klubun qərarı artıq bildirilib. Yeni baş məşqçi təyin olunana qədər komandaya Massimo Brambilla rəhbərlik edəcək.

Tudor “Yuventus”u 2025-ci ilin martından çalışdırırdı. A Seriyasının 8 turundan sonra Turin klubu 12 xalla 8-ci pillədə qərarlaşıb.

Chosen
93
publika.az

1Sources