Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
27 oktyabr 2025-ci il tarixində Vətən müharibəsi şəhidləri Abbasov Fərrux Azər oğlunun, Namazov Taleh Zülfəli oğlunun və Bağırov Aqil Fazil oğlunun ildönümlərində əziz xatirələri yad olunub.
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Zəlimxan, Düzqışlaq və Muğanlı kəndlərində şəhidlərin məzarlarını ziyarət ediblər, önlərinə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar.
Tədbir çərçivəsində şəhidlərimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət olunub, önlərinə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.
Daha sonra tədbir iştirakçıları şəhidlərimizin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.