EN

Qaçaqmalçı dalğıclar İsveç limanlarına kokain gətirirlər

Stokholm, 27 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç gömrük xidməti narkotiklərin daşınması ilə məşğul olan dalğıclar vasitəsilə həyata keçirilən yeni növ beynəlxalq qaçaqmalçılıqla üz-üzədir.

AZƏRTAC xəbər verir ki, çox vaxt Albaniya mənşəli cinayət şəbəkələri ilə əlaqəli olan bu qruplar peşəkar üzgüçülərdən istifadə edərək kokain dolu bağlamaları iri yük gəmilərinin gövdələrinə bərkidir və sonradan oradan çıxarırlar.

Gömrük Xidməti ekspertlərinin sözlərinə görə, cinayətkarlar narkotikləri Cənubi Amerikadan səfər edən gəmilərin dibinə bərkidir və daha sonra açıq marşrut izləmə sistemləri vasitəsilə gəminin hərəkətini müşahidə edərək uyğun limanda yükü götürməyi planlaşdırırlar.

Yaxın günlərdə İsveçin Gömrük Xidməti Höteborq limanında Sahil Mühafizəsi ilə birgə gəminin gövdəsində gizlədilmiş kokaini aşkar edərək müsadirə edib. Lakin bu işdə iştirak edən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb.

Gömrük orqanlarında qeyd edilir ki, bu cür hallara dünyanın müxtəlif yerlərində rast gəlinir və İsveç də istisna deyil.

“Gücləndirilmiş təhlükəsizlik tədbirləri səbəbindən limana qurudan daxil olmaq çətindir, lakin dənizdən və sualtı yolla bunu etmək xeyli asandır”, - deyə ekspertlər vurğulayırlar.

 

Chosen
38
1
azertag.az

2Sources