EN

Sevinc Xəlilovanın ölüm səbəbi MƏLUM OLDU

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin sektor müdiri Sevinc Xəlilovanın ölüm səbəbi bəlli olub.

Busaat.az xəbər verir ki, Ajans.az-ın əldə etdiyi məlumata görə, S.Xəlilova qəfil yaranan səhhət problemləri səbəbindən bir müddət əvvəl xəstəxanaya yerləşdirilib. Həkimlər ona sarkoma diaqnozu qoyublar. Göstərilən tibbi yardımlara baxmayaraq, vəziyyəti sürətlə pisləşib və o, vəfat edib.

Sevinc Xəlilova uzun illər Dövlət Komitəsində fəaliyyət göstərib, əməkdaşları arasında yüksək insani keyfiyyətləri və peşəkarlığı ilə seçilib.

Allah rəhmət eləsin.

Chosen
17
1
busaat.az

2Sources