EN

Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq

Oktyabrın 28-də Bakının Yasamal, Sabunçu və Xətai rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Pravda.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

 

Bildirilib ki, paytaxtın üç rayonunda qaz xətləri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 28-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Təmir işləri aparılan müddətdə Yasamal rayonu üzrə Azadlıq, Mətbuat, H.Cavid, Azərbaycan və Bülbül prospektlərinin, eləcə də M.Müşfiq, N.Nərimanov, İ.Qutqaşınlı, Ə.Ələkbərov, A.Sultanova, M.Fətəli, A.Şaiq, M.Muxtarov, M.Rahim, Zərgərpalan, S.Dağlı, T.Xəlilbəyli, İ.Səfərli, Nizami, Ü.Hacıbəyov, S.Vurğun, Xəqani, R.Behbudov, R.Rza, Mərdanov qardaşları, İçərişəhər və Rastropoviç küçələrinin, Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsi, Qurtuluş və K.Kərimov küçələrinin, Maştağa qəsəbəsi, Gülçülük Sovxozunun, həmçinin Xətai rayonu üzrə isə H.Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tarix: 27 Oktyabr 2025, 18:06   
Chosen
21
28
pravda.az

10Sources