EN

Bu il 155 uşaq ailə himayəsinə qaytarılıb

Bu ilin ötən dövründə 155 uşaq ailə himayəsinə qaytarılıb.

E-saglam.az "Report"a istinadən xəbər verir ki, sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdir müavini Əhməd Mansurov DOST TV-nin efirində deyib.

Onun sözlərinə görə, müvafiq sahədə idarəetmə nazirliyə həvalə edildikdən sonra 1 486 uşağın müəssisəyə yerləşdirilməsi ilə bağlı müraciət daxil olub, onlardan 756 uşaq ailədə saxlanılıb:

"799 uşaq isə ailə himayəsinə reinteqrasiya edilib. Ümumilikdə 789 uşaq övladlığa verilib, 144 uşaq müəssisədən övladlığa götürülüb. Bu sahədə işlər davam etdirilir".

E-saglam.az

Chosen
7
5
e-saglam.az

6Sources