EN

Qızların təhsilinə dövlət dəstəyi ildən ilə artır Bahar Muradova

ain.az, Metbuat portalına istinadən məlumat yayır.

“Təhsili yüksək olan xalq mütləq üstün olmalıdır. Artıq beş ildir ki, Azərbaycan dövlətinin qadınların, qızların təhsilinə göstərilən dəstəyin bariz nümunəsini görə bilərik”.

Metbuat.az-ın məlumatına görə, bu sözləri “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025” tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Bahar Muradova bildirib ki, bu il layihə çərçivəsində 93 nəfər Hənifə Məlikova təqaüdünü qazanıb. Onlar 57 rayonun 16 şəhərindən seçiliblər.

“Onlar təhsil və bilik uğurunda savaşdan qalib çıxıblar. Bizim tövsiyəmiz ondan ibarətdir ki, Azərbaycan dövlətinin yaratdığı şəraitdən istifadə edərək böyük bilik yarışına özlərini hazırlaya bilərlər. Bakı Dövlət Universitetindən 23 nəfər birincilik əldə edib. Onlar universitetin ictimai həyatında yaxından iştirak ediblər. Onlar gələcəkdə iş imkanlarına da bu təsir edəcək. İlk dəfədir Naxçıvandan 14 nəfər bu layihəyə qoşulub”.

Komitə sədri bu ilki təqaüdçülər arasında texniki ixtisasların xüsusi çəkisini qeyd edib:

“Xüsusilə bu il təqaüdçülər arasında kimya mühəndisliyi, data və informasiya texnologiyaları sahəsindən qalib olanlar var. Biz qürurla qeyd edirik ki, qızlar arasında neft, qaz və data analitikası sahəsində təqaüd qazananlar var. Beş ildir Hənifə Məlikova adına mükafatdan bu günə qədər 248 gənc yararlanıb. 439 qızın təhsilinə isə hazırda dəstək verilir. Bu il ilk məzunlarımızı yola saldıq. Biz bu layihənin müəllifi olaraq gənc qızların sonrakı həyatını, qazandıqları uğurları da izləyəcəyik. Təhsilli qadın güclü vətəndaş, fərd deməkdir. Bu, qadınların tərbiyə və təhsil prosesində ötürmə qabiliyyətinin formalaşmasına şərait yaradacaq. Bizimlə birlikdə bu layihəyə dəstək olan Elm və Təhsil Nazirliyinə, Təhsilin İnkişafı Fonduna və digər təşkilatlara böyük təşəkkür edirik”.

Gülbəniz Hüseynli / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
1
metbuat.az

10Sources