"Kızılcık şerbeti" serialında "Nilay" obrazını canlandıran aktrisa Feyza Civelek ötən gün tədbirlərdən birində görüntülənib.
Tez-tez çəkisinə görə tənqid olunan aktrisa 1 ayda 13 kiloqramdan çox arıqladığını açıqlayıb:
"Bir ay ərzində 13 kiloqramdan çox arıqlamışam. Diyetoloqla birgə çalışırıq. 10 kiloqram da atmalıyam. Yediklərimə fikir verirəm. Bir gün yalnız ət, bir gün yalnız balqabaq, bir gün də yalnız detoks istifadə edirəm. Fit olmaq daha vacibdir".
Feyza tərzi haqqında isə bunları deyib:
"3000 ədəd eynəyim, 1000-dən çox ayaqqabım var. Bir o qədər də geyimlərim var. Makiyaj ləvazimatlarımı və aksesuarlarım isə saya bilməyəcəyim qədər çoxdur". (Axşam.az)