EN

Təzyiq xəstələri üçün gizli təhlükə - Həkimlər həyəcan təbili çalır!

Payızın dəyişkən havası ilə bərabər, təzyiqi yüksələn insanların da sayı artır. Xüsusilə stress, yanlış qidalanma və hərəkətsizlik yüksək qan təzyiqini nəzarətdən çıxarır. Həkimlər bəzi qidaların yüksək təzyiqi olan şəxslər üçün gizli təhlükə daşıdığını və gündəlik menyudan çıxarılmalı olduğunu qeyd edir.

Bəs bu siyahı hansı qidalardan ibarətdir?

Yenisabah.az təqdim edir: Dominos pizza

Həkimlər yüksək qan təzyiqindən əziyyət çəkən şəxslərə duzlu, yağlı və kofeinli məhsullardan uzaq durmağı tövsiyə edirlər. Mütəxəssislər bildirirlər ki, bu qidalar orqanizmdə suyun toplanmasına, damarların daralmasına və təzyiqin qəfil yüksəlməsinə səbəb olur.

Ən çox duzlu yeməklər, qızardılmış ət və balıqlar, kolbasa və konservlər, eləcə də qəhvə, enerji içkiləri və spirt təzyiqi artıran əsas amillər sayılır. Həkimlərin sözlərinə görə, bu məhsulların tez-tez qəbulu ürək-damar sisteminə ciddi zərər vurur və insult riskini yüksəldir.

Bundan əlavə, şirniyyat və ağ çörək kimi karbohidrat tərkibli qidalar da çəki artımına və təzyiqin qeyri-sabitləşməsinə gətirib çıxarır.

Mütəxəssislər bildirirlər ki, hipertoniya xəstələri təzə tərəvəz və meyvələrə, bişmiş və ya buğda hazırlanmış yeməklərə, bol suya və fiziki aktivliyə üstünlük verməlidirlər. Gündəlik duz istifadəsinin isə 5 qramdan artıq olmaması tövsiyə olunur.

Sonda həkimlər xəbərdarlıq edir ki, yüksək təzyiqin nəzarətsiz qalması uzunmüddətli dövrdə ürək, beyin və böyrəklərdə ciddi fəsadlara səbəb ola bilər.

Aytac Əliyeva          


Telegram kanalımız
Chosen
43
yenisabah.az

1Sources