EN

“Elman Nəsirovun qızına ev verirəm, 5 il sonra qaytarar” Şərurlu İsfəndiyardan JEST VİDEO

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov deputat Elman Nəsirovun qızı Laləzar Əliyevanı evlə təmin edəcəyini açıqlayıb.Bizim.Media xəbər verir ki, iş adamı bununla bağlı videomüraciət yayıb.“Elman Nəsirov ictimai xadimdir. Millət üçün, xalq üçün o, əhəmiyyətli adamdır.

 

Onun nüfuzuna xələl gəlməməsi və adı hallanan qadın Elman müəllimin bir ürək parçası olduğu üçün bu məsələyə öz dəstəyimi göstərmək istəyirəm.

Həmin qadına 5 il müddətində yaşamaq üçün ev verirəm. Qoy gəlib yaşasınlar. 5 ildən sonra mənzili geri qaytararlar. İstəyirəm ki, Elman müəllim haqqında gəzən söz-söhbət aradan yığışsın”.

 

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovun ilk nikahından olan qızı Laləzər Əliyeva (Nəsirova) sosial şəbəkədə çıxış edərək atasından gileylənib.

Xaricdə yaşayan dayısının birotaqlı evinə sığındığını vurğulayan xanım atasının onun telefonlarını bloka atdığını, ondan qaçdığını iddia edib və kömək istəyib.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
3
bizim.media

2Sources