EN

Türkiyə Britaniyadan 20 ədəd “Eurofighter” döyüş təyyarəsi alacaq

Türkiyə və Böyük Britaniya arasında 20 ədəd “Eurofighter” döyüş təyyarəsinin alışına dair müqavilə imzalanıb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Britaniyanın Baş Naziri Kir Starmerlə keçirilən birgə mətbuat konfransında məlumat verib.

Ərdoğan bildirib ki, 20 ədəd “Eurofighter” döyüş təyyarəsinin alınmasına dair müqavilə artıq imzalanıb.

Bundan əlavə, iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığa dair razılaşmalar da əldə olunub.

Qeyd edək ki, Qətər və Omandan 24, Böyük Britaniyadan isə 20 olmaqla ümumilikdə 44 “Eurofighter Typhoon” qırıcı təyyarəsinin alınması planlaşdırılır.

Chosen
24
9
missiya.az

10Sources