EN

Rusiya Ermənistanda buna cəhd edəcək Sandu KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moldovanın prezidenti Maya Sandu bəyan edib ki, Rusiya müxtəlif regionlarda uğursuzluqlardan sonra öz siyasi strategiyasını dəyişir və növbəti hədəfin Ermənistan ola biləcəyi ehtimal edilir. 

KONKRET.az bildirir ki, onun sözlərinə görə, Moskva gələn il Ermənistanda keçiriləcək seçkilərdə hakimiyyəti nəzarət altına almağa çalışa bilər.

Sandu bildirib ki, Rusiya postsovet məkanında siyasi proseslərə birbaşa təsir göstərməyə üstünlük verir, lakin Qərbi Avropa ölkələrində fərqli taktika tətbiq edir:

“Rusiya Rumıniya, Fransa və Almaniya kimi ölkələrdə birbaşa müdaxilə etmir, burada əsas vasitə təbliğat və dezinformasiyadır. Bu isə adi vətəndaşlar üçün daha çətin tanınır,” – deyə Moldovanın dövlət başçısı vurğulayıb.

Prezidentin fikrincə, bu cür fəaliyyətlər Avropanın təhlükəsizlik sisteminə təhdid yaradır və demokratik institutların möhkəmləndirilməsini daha da vacib edir.

Müşviq Tofiqoğlu 

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
47
1
konkret.az

2Sources