EN

"Real Madrid" Kenan Yıldızı transfer etmək üçün səfərbər oldu

İspaniyanın nəhənglərindən “Real Madrid” “Yuventus”un gənc ulduzu Kenan Yıldızı transfer etmək üçün hərəkətə keçib. 

Fanat.Az "AS" nəşrinə istinadən xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Xabi Alonso rəhbərlikdən Yıldızın transferini israrla istəyib.

İspan mütəxəssis bu keçidin reallaşması üçün 100 milyon avro ayrılmasını və istənilən futbolçunun satışına razı olduğunu bildirib.

"Real Madrid"in yaxın zamanda “Yuventus”la rəsmi danışıqlara başlayacağı gözlənilir.

Kamil Xudiyev

Chosen
7
fanat.az

1Sources