EN

Rusiyada enerji içikilərinin reklamı qaydaları sərtləşdirilir

Newscenter.az saytına istinadən ain.az xəbər verir.

Rusiyada enerji içikilərinin reklamı qaydaları sərtləşdirilir.Newscenter.az TASS-a istinadən bildirir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin müvafiq qanunu təsdiqləyib.Belə ki, “Reklam haqqında” qanuna alkoqolsuz enerji içkilərinin, o cümlədən enerji içkilərinin reklamına dair tələbləri müəyyən edən maddə əlavə edilib. Qanuna görə, enerji içkilərinin bütün reklamları həddindən artıq istehlakın təhlükələri barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Radio və televiziya proqramlarında, kino, video xidmətlərində belə xəbərdarlığın müddəti və belə xəbərdarlığın nümayişi üçün minimum kadr ölçüsü üçün də tələblər müəyyən edilib.Radio reklamında belə xəbərdarlığın uzunluğu ən azı üç saniyə olmalıdır; televiziya reklamında, film və video reklamda ən azı beş saniyə uzunluğunda və kadrın ən azı 7%-ni tutmalıdır.Bu cür reklamlar yetkinlik yaşına çatmayanlara yönəlməməli və belə içkilərin tərkibində pəhriz əlavələrinin və ya vitaminlərin olması barədə məlumat olmamalıdır.Mehman Mehdiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
49
newscenter.az

1Sources