EN

Duqindan Tramp barədə açıqlama

Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqin ABŞ Prezidenti Donald Trampın Ukrayna böhranı ilə bağlı yanlış təsəvvürə malik olduğunu ifadə edib. Metbuat.az xəbər verir ki, Duqin Trampın Ukrayna böhranındakı Rusiyanın mövqeyi, maraqları və dəyərləri ilə bağlı yanlış təsəvvürə malik olduğunu bildirərək, “Trampı inandırmaq lazımdır və bunu sözlə etmək çətindir. Prezidentimizin Trampla görüşləri oldu. Biz güc nümayişi etməliyik. Prezidentimiz bunun sürpriz yaratmaq üçün olduğunu və Rusiyanın atacağı addımların hər kəsin təəccüblənəcəyini söylədi”, - deyə bildirib.

Duqin Rusiyanın "Burevestnik" raketini sınaqdan keçirməsinin Qərbi təəccübləndirə biləcək addım olduğunu bildirib.

Chosen
24
1
metbuat.az

2Sources