EN

Mərkəzi Asiya liderləri Trampla görüşəcəklər

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın liderlərini noyabrın 6-da Vaşinqtonda keçiriləcək “Mərkəzi Asiya-ABŞ” (“C5+1”) formatlı sammitə dəvət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu, “C5+1” formatında keçiriləcək ikinci sammit olacaq. İlk görüş 2023-cü ildə BMT Baş Assambleyasının kuluarlarında, ABŞ-ın o zamankı prezidenti Co Baydenin dövründə Nyu-Yorkda baş tutmuşdu.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev artıq Trampa “səmimi minnətdarlığını” ifadə edən məktub göndərib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadir Japarov da sammitdə iştiraklarını təsdiqləyiblər.

Chosen
24
4
bakivaxti.az

4Sources