EN

“371 hakim mərc oyunları oynayır” - Federasiya prezidentindən QALMAQALLI AÇIQLAMA!

Sportinfo.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu qalmaqallı açıqlama verib.

O bildirib ki, Türkiyədəki hakimlərin əksəriyyətinin mərc saytlarında hesabı var:

“571 aktiv hakimdən 371-nin mərc hesabı var. 152-si aktiv olaraq mərc edir. Bir hakimin təkbaşına 18 min 227 dəfə mərc etdiyini öyrəndik.

42 hakimdə isə bu göstərici 1000-nin üzərindədir. Bəzi hakimlər isə bir dəfə bunu ediblər.

Bugündən etibarən İntizam Komitəsi bu işlərlə məşğul olacaq”.

Chosen
33
27
sportinfo.az

10Sources