ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
“Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya uçan daha iki pilotsuz uçuş aparatını vurub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin sosial şəbəkə hesabında məlumat yayıb.
“Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya uçan iki PUA-nı vurub. Qəza yerində fövqəladə xidmətlər işləyir”, - o yazıb.
Xatırladaq ki, bundan əvvəl Sobyanin günün əvvəlindən 30 PUA-nın vurulduğunu bildirib. Bununla da oktyabrın 27-də Moskvaya uçarkən vurulan PUA-ların ümumi sayı 32-yə çatıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.