EN

Keçmiş mafiozi NBA da mərc qalmaqalında iştirak edənləri tamahkarlıqda günahlandırıb

ain.az bildirir, Idman.biz portalına istinadən.

Keçmiş yüksək vəzifəli mafiozi Salvatore “Buğa Semmi” Qravano, NBA oyunçularının iştirak etdiyi mərc və poker oyunları ilə bağlı səs-küylü cinayət işi ilə bağlı şərh verib.

İdman.Biz bildirir ki, cinayət işinin materiallarına görə, “Mayami Hit”in basketbolçusu Terri Rozir və “Portland Treyl Bleyzers”in baş məşqçisi Çonsi Billaps heç nədən xəbəri olmayan oyunçuları bu işə cəlb etmək üçün istifadə ediliblər.

“Adətən, hər ailə hər şeyi özündə saxlayırdı. Amma burada bütün ailələr iştirak edirdi. Onlar bir-birini tanıyırdılar, mənfəəti bölüşürdülər - bu, mafiya üçün normaldır. Eynəklər, kontakt linzalar, rentgen masaları... Onları necə aldada bilərdin?” – Qravano deyib.

Qravano, xüsusilə də yüksək səviyyəli NBA oyunçularının bu oyunlarda iştirakından təəccüblənib: “Siz artıq Şöhrət Zalındasınız, 100 milyon dollar qazanmısınız. Bu, tamahkarlıq deyilsə, bəs nədir”.

Xatırladaq ki, Billaps poker oyunlarının manipulyasiyasında iştirak etməkdə, Rozir isə daxili məlumatlardan istifadə edərək qanunsuz mərc etməkdə ittiham olunur.

Salvatore Qrevano Nyu-Yorkdakı Qambino mafioz ailəsində yüksək vəzifə tutub. Lakin daha sonra öz bossu Con Qottinin əleyhinə hüquq-mühafizə orqanlarına ifadə verməyə razılaşıb. Bundan sonra Salvatore şahidlərin müdafiəsi proqramına yerləşdirilib, lakin narkotik qaçaqmalçılığına görə oaradan xaric edilib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
1
icma.az

2Sources