EN

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Balıkesirdə baş verən 6.1 bal gücündə zəlzələ ilə əlaqədar şəhərdə təhsil bir günlük dayandırılıb.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Balıkəsir Bələdiyyəsi məlumat yayıb.

"Oktyabrın 28-də baş verən zəlzələ ilə əlaqədar vilayət ərazisində fəaliyyət göstərən bütün məktəblər bir günlük bağlanıb. Dövlət müəssisə və təşkilatlarında çalışan hamilə və əlillər inzibati məzuniyyətə göndəriləcək. Zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza keçmiş olsun deyirik. Allah ölkəmizi və millətimizi bütün bəlalardan qorusun”, - deyə açıqlamada qeyd olunub.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
68
525.az

1Sources