EN

Bəzi itlərdə insan davranışı ilə oxşarlıq aşkarlanıb ARAŞDIRMA

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 28 oktyabr, AZƏRTAC

İsveçrənin Bern Universitetinin alimləri müəyyən ediblər ki, bəzi itlər oyuncaqlarına qarşı həddindən artıq bağlılıq göstərir və bu hal insanlarda müşahidə olunan oyun və ya internet asılılığına bənzəyir. Araşdırma zamanı 56 erkək və 49 dişi itin sahibləri arasında sorğu aparılıb. Nəticədə 33 itin oyuncaqlarına qarşı asılılıq tipli davranışlar nümayiş etdirdiyi müəyyən olunub. Bu itlər sevimli oyuncaqlarını yeməkdən və ya sahibi ilə ünsiyyətdən üstün tutublar. Hətta yorğun və ya yaralı olsalar belə oynayıblar.

AZƏRTAC “Science” elmi nəşrinə istinadla xəbər verir ki, bu cür itlər getdikcə daha çox oyun tələb edir və oyuncaqları əlçatmaz olduqda da onları əldə etməyə çalışırlar. Alimlər hesab edirlər ki, bu, özünü idarəetmənin zəifliyinə işarədir və bəzi itlərdə asılılığa bənzər davranışların inkişaf etdiyini göstərə bilər. Tədqiqat müəllifləri bildiriblər ki, növbəti mərhələdə məqsəd itlərdə bu cür davranış fərqlərini insanlardakı asılılıq xüsusiyyətləri ilə müqayisə etməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
1
azertag.az

2Sources