Milli.Az xəbər verir ki, bürclərin xarakter xüsusiyyətləri onların gündəlik vərdişlərinə, xüsusilə də təmizlik və səliqə anlayışına birbaşa təsir edir. Bəzi bürclər elə doğulandan bu sahədə fitri qabiliyyətə malik olur və bu yönləri ilə ətrafındakı insanların heyranlığını qazanırlar.
İndi isə evini daim səliqəli saxlayan, həm gigiyenaya, həm də estetik görünüşə xüsusi diqqət edən ən təmizkar dörd bürc ilə tanış olaq.
Qız: Təmizlik onun üçün daxili rahatlıqdır
Qız bürcü insanları detallara olan diqqətləri ilə tanınır. Onlar üçün evin təmizliyi yalnız gözə görünən nizam deyil, zehni sakitliyin açarıdır. Kiçik bir dağınıqlıq belə Qız bürcünü narahat edə bilər. Hər şeyin yerində və qaydasında olmasına çox önəm verirlər.
Təmizlik zamanı heç bir detalı gözdən qaçırmayan Qız bürcləri, evlərinin hər küncündə mükəmməlliyi qorumağa çalışırlar. Onlar üçün səliqə, həm həyat enerjisini bərpa edən bir proses, həm də daxili harmoniyanın əksi sayılır.
Buğa: Rahatlığın əsası səliqəli evdir
Buğa bürcü üçün ev, sükunət və dinclik limanıdır. Onlar yaşadıqları məkanın təmiz, sadə və estetik görünməsini çox vacib sayırlar. Buğalar, rahat bir mühitin yalnız təmiz və baxımlı evdə mümkün olduğuna inanır.
Evi gözəlləşdirmək, onların özlərinə qayğı göstərmə üsuludur. Şam işığında sükunət tapmaq, təmiz hava və xoş qoxularla dolu bir ev - Buğa bürcü üçün mütləqdir.
Xərçəng: Evinə göstərdiyi qayğı, sevdiklərinə olan sevgisinin əksidir
Ailə və ev anlayışı Xərçəng bürcünün həyatında mərkəzi yer tutur. Onlar üçün təmizlik sadəcə gigiyena deyil, həm də sevgini ifadə etməyin bir yoludur. Yaşadıqları məkanı isti, rahat və tertibli saxlayaraq həm özlərini, həm də ailələrini güvəndə hiss edirlər.
Xərçənglərin evində həmişə səliqə, xoş aura və ailə istiliyi hiss olunur. Onlar üçün ev - sevginin ən saf halıdır.
Tərəzi: Zehni balansın sirri təmizlikdədir
Tərəzi bürcü harmoniya və estetik duyğu ilə yaşayır. Onlar üçün evin tərtibli, hava kimi yüngül və zövqlə döşənmiş olması vacibdir. Dağınıq mühit Tərəzi üçün yalnız fiziki deyil, həm də ruhi narahatlıq yaradar.
10Sources
-
konkret.azTəmizlik mövzusunda ən həssas bürclər ( 22841926)
-
demokrat.azTəmizlik mövzusunda ən həssas bürclər ( 22840903)
-
news.milli.azTəmizlik mövzusunda ən həssas bürclər ( 22839826)
-
milli.azTəmizlik mövzusunda ən həssas bürclər ( 22839821)
-
sherg.azTəmizlik məqsədilə ölümə gedirik Həkim terapevt ( 22830865)
-
sherg.azTəmizlik məqsədilə ölümə gedirik - Həkim - terapevt ( 22830856)
-
yeniavaz.comTəmizlik tərbiyəsi ( 22797850)
-
yeniavaz.comTəmizlik tərbiyəsi ( 22797847)
-
pravda.azƏn uyğun bürclər: Onlar bir almanın iki yarısıdır ( 22723327)
-
olke.azƏn uyğun bürclər: Onlar bir almanın iki yarısıdır ( 22723120)