EN

ADA Universiteti və Medianın İnkişafı Agentliyi media nümayəndələri üçün süni intellekt təliminə başlayıb

ain.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Süni intellektin mediada tətbiqi” mövzusunda iki günlük seminarlar start götürüb.

Doğru.az xəbər verir ki, seminarda çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri Aygün Hacıyeva bildirib ki, süni intellekt texnologiyaları medianın gələcək inkişafını formalaşdıran əsas amillərdən birinə çevrilib və xəbər istehsalı ilə informasiya axınının idarə olunmasında yeni yanaşmalar tələb edir.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında vurğulayıb ki, süni intellektin sürətli inkişafı media sahəsində yeni imkanlar yaratmaqla yanaşı, jurnalistlərin peşəkar məsuliyyətini artırır. O bildirib ki, jurnalistlər informasiya toplanması, emalı və yayımında innovativ alətlərdən istifadə zamanı etik prinsiplərə və doğruluq meyarlarına xüsusi diqqət yetirməlidirlər.

Təlimçi Dr. Nikolas Hamelin “Giriş və mediada süni intellekt inqilabı”, “Məlumatların skreypinqi və data analitikası”, “Süni intellekt ilə idarə olunan brend və məhsul təqdimatı”, “Big Data və generativ süni intellekt vasitəsilə cəlbedici media məzmununun yaradılması” və “Strateji inteqrasiya və gələcəyə baxış” modulları üzrə iştirakçılarla müzakirələr aparıb. Seminar zamanı süni intellektin mediada tətbiqinin operativliyi artırdığı və məsuliyyətli informasiya siyasətini ön plana çıxardığı diqqətə çatdırılıb.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
25
dogru.az

10Sources