ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Xırdalan şəhərində qaydaları pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, 90-YH-036 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü ikinci cərgədə dayanaraq digər şəxslə söhbət edib. Bu zaman həmin istiqamətdə hərəkət edən sürücülərin yolunu kəsərək hərəkətə mane olub. Qarşıdan avtomobillər gəldiyi üçün yolda çətinlik yaranıb.
Sözügedən videonu təqdim edirik.
Fərid
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.