EN

Şirkətin 57,4 min manatını mənimsəyən satıcı-anbardar azadlığa buraxıldı

Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən Vaqif Ağayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin hökmü dəyişdirilib, ona şərti cəza verilib. Vaqif Ağayev dərhal həbsdən azad olunub.


İttihama görə, Vaqif Ağayev2020-ci illərdə ASC-lərdən birinin Yardımlı rayonu Sırıq kəndində yerləşən anbarında satıcı-anbardar vəzifəsində işləyib. O, buğda toxumu məhsulların satışından əldə edilməli olan 133 725,02 manat məbləğində pul vəsaitindən 132 045,02 manat pul vəsaitini ASC-nin hesabına daxil edib. Lakin təqsirləndirilən şəxs yerdə qalan 1 679,71 manat pul vəsaitini həmin şirkətin hesabına daxil etməyərək, ümumilikdə 57 401,22 manat dəyərində məhsulu − özgənin əmlakını mənimsəmə yolu ilə talayıb.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli bəraət hökmü ləğv edilib. Təqsirləndirilən şəxs 5 il müddətə azadlıqdan məhrum edilib və Vaqif Ağayev dərhal məhkəmə iclas zalından həbsə alınıb.

Kamal Məmmədov 

Tarix: 28 Oktyabr 2025, 09:05   
Chosen
47
3
pravda.az

4Sources