EN

Vadeful: Bu qış həlledici olacaq, Ukrayna salamat qalmalıdır

BAKI, 28 oktyabr. TELEQRAF

Almaniya xarici işlər naziri Yohann Vadeful Qərb ölkələrini qış mövsümü ərəfəsində Ukraynaya daha qətiyyətli dəstək verməyə çağırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə Brüsseldə NATO baş katibi Mark Rutte ilə danışıqlardan sonra bildirib.

“Bu qış dövrü həlledici əhəmiyyət daşıyır. Ukrayna öz müdafiə qabiliyyətini qoruyub saxlamalıdır”, - alman nazir deyib.

Vadeful xatırladıb ki, daha əvvəl “İstəklilər Koalisiyası” çərçivəsində Ukraynanın bu qış dözə bilməsi üçün bütün qüvvələrin səfərbər edilməsinin vacibliyi müzakirə olunub. Onun sözlərinə görə, Almaniya bu məsələdə xüsusi məsuliyyət daşıyır və Ukrayna istənilən vaxt onun dəstəyinə arxalana bilər.

Almaniyanın baş diplomatı qeyd edib ki, Rusiya lideri Vladimir Putinə təzyiqin artırılması və Avropa dəyərlərinin müdafiəsi vacibdir:

“Putinə təzyiqi artırmalı və Avropa dəyərlərimizi müdafiə etməliyik, birlikdə olmalı və sülh üçün məsuliyyət daşımağa hazır olmalıyıq”.

Nazir əlavə edib ki, Avropa və NATO yalnız birgə hərəkət etdikdə güclüdür, məhz buna görə Ukraynaya dəstək daha da artırılacaq.

Chosen
46
2
teleqraf.com

3Sources