EN

Bu universitetlər TÜRKÜNİB-ə üzv qəbul edildi

Azərbaycanın 13 ali təhsil müəssəsi Türk Dövlətləri Təşkilatının Türk Universitetləri Birliyinə (TÜRKÜNİB) üzv qəbul olunub.Metbuat.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, birliyə ADA Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Avrasiya Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Odlar Yurdu Universiteti, Qarabağ Universiteti və Xəzər Universiteti üzv olaraq qəbul edilib.

Chosen
31
8
metbuat.az

10Sources