Göygöldə bıçaqlanma hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Qızılca kəndinin yaxınlığında baş verib.

Daşkəsən rayon sakini, 2005-ci il təvəllüdlü İ.Orucov bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata əsasən, İ.Orucov tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Leqal.info