EN

Mehdiyevin məktubunun saxta olduğunu deyənləri anlayıram

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Mehdiyevin (PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev – red.) Rusiyaya ünvanladığı məktubun saxta olduğunu deyənləri də başa düşmək mümkündür. Cünki Mehdiyevin hər şeyi saxtadır: alimliyi də, akademikliyi də, dövlət xadimliyi də, "dərinliyi" də və sair.

Axar.az xəbər verir ki, bu sözləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, tanınmış YAP-çı, uzun illər Ramiz Mehdiyevə qarşı açıq mübarizəsi ilə tanınan Alqış Musayev qeyd edib.

O bildirib ki, saxtakarlıq onun mahiyyətidir, xislətidir:

“Bu səbəbdən Mehdiyevin adı çəkilən kimi ilk xatırlanan saxtakarlıq anlayışı olur.

O məktub da Mehdiyevin SAXTAKALRıĞININ ifadəsidir. Amma faktdır, saxta deyil - saxtakarlıq faktıdır”.

Qeyd edək ki, ötən gün Ramiz Mehdiyevin hakimiyyətin zorla ələ keçirilməsi barədə gizli məktubu yayımlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
25
axar.az

10Sources