EN

Azərbaycan və Belarus arasında ticarət nomenklaturasının genişləndirilməsi müzakirə edilib

Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilir. İclasa Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini, Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edir.

Day.Az xəbər verir ki, iclasda iki ölkə arasındakı ticarət dövriyyəsinin dinamikası təhlil edilib.

Bildirilib ki, 2024-cü ildə ticarət dövriyyəsi 42 % artaraq 506 milyon dollara çatıb.

Bununla belə, tərəflər ticarət nomenklaturasının genişləndirilməsi, yeni məhsullar və xidmət qruplarının dövriyyəyə daxil edilməsi və tranzit-logistika imkanlarının daha fəal istifadəsini vacib hesab ediblər.

Chosen
1
1
day.az

2Sources