EN

Məktəblini öldürən şəxs: Dava qız söhbətinə görə idi

Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan sinif yoldaşının ölümündə təqsirləndirilən Adil Həşimovun (adı və soyadı şərti) cinayət işinin bəzi detalları məlum olub.

Publika.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, hadisə 26 iyul 2025-ci il tarixdə, saat 17 radələrində paytaxt ərazisində yerləşən futbol meydançasında qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Adil Həşimov qonşuluqda yaşayan zərərçəkmiş Hilal Abışovla (adı və soyadı şərtidir) arasında əvvəldən mövcud olmuş narazılıqlara və qarşılıqlı incikliklərə aydınlıq gətirmək, aralarındakı mübahisəli məqamları izah etmək və ziddiyyətli münasibətlərə son qoymaq istəyib. O bu məqsədlə zərərçəkmişi futbol meydançasından təxminən 30 metr aralıda, məişət tullantıları qablarının yerləşdiyi ağaclıq əraziyə çağırıb.

Həmin yerdə baş vermiş münaqişə zamanı təqsirləndirilən şəxs Hilalın sol gicgah nahiyəsinə ardıcıl iki dəfə sağ yumruğu ilə qəsdən zərbə endirib. Bu zərbələr nəticəsində zərərçəkmiş şəxsə sol gicgah sümüyünün sınığı ilə müşayiət olunan, baş beyin maddəsinə, mədəciklərinə və qişalarına qansızma, baş beyinin əzilməsi və ödemi kimi xəsarətlər yetirilib.

Hadisədən dərhal sonra zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, o, aldığı ağır kəllə-beyin travması nəticəsində ölüb.

Chosen
11
8
publika.az

9Sources