EN

Paragüllə atıcılarımız BƏƏ də Dünya Kubokunda mübarizə aparacaq

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paragüllə atıcılarımız Kamran Zeynalov və Aybəniz Babayeva oktyabrın 28-dən noyabrın 5-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçiriləcək Paragüllə Atıcılığı üzrə Dünya Kubokunda çıxış edəcəklər.

İdman.biz xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

İdmançılarımız 10 metr (P1, P2), 50 metr (P4) və 10 metr məsafəyə qarışıq komanda (P6) yarışlarında mübarizə aparacaqlar.

Qeyd edək ki, milli komandamızı turnirdə baş məşqçi Əfqan Əhmədov müşayiət edəcək.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
1
icma.az

2Sources