Monteneqronun paytaxtı Podqoritsada 25 oktyabr gecəsi 25 yaşlı MJ-nin bıçaqlanması ilə başlayan hadisələr gərginliyə səbəb olub. Polis əməliyyatları nəticəsində bıçaqlama ilə əlaqəli bir Türkiyə vətəndaşı və bir Azərbaycan vətəndaşı da saxlanılıb, daha onlarca türkiyə vətəndaşı müvəqqəti nəzarətə götürülüb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisənin ardından paytaxt küçələrinə çıxan etirazçılar Türklərə qarşı həqarət dolu çağırışlar səsləndirərək bəzi türk iş yerlərinin qarşısında toplaşıblar; sosial mediada "Türklərə ölüm" kimi şüarlar səsləndirilib.
Monteneqro prokurorluğu və polis araşdırma başladıb.
Xatırladaq ki, oktyabrın 16-da Monteneqro polisi Podqoritsa sakinini bıçaqlamaqda şübhəli bilinən iki Türkiyə vətəndaşını saxlayıb.Baş nazir Miloyko Spayiç isə artan gərginlik səbəbilə Türkiyə vətəndaşlarına vizasız girişin müvəqqəti dayandırıldığını açıqlayıb.