EN

Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən dövr ərzində neçə vakansiya təqdim edilib?

Bakı. Trend:

2025-ci ilin ötən dövrü ərzində işsiz və işaxtaran şəxslərinişlə təmin edilməsi və işəgötürənlərin qısa müddətdə zəruri peşəyə,ixtisas və təcrübəyə malik olan kadrların seçiminə köməklikgöstərilməsi məqsədilə 187 əmək yarmarkası təşkil edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət MəşğulluqAgentliyindən məlumat verilib.

Bildirilib ki, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində təşkilolunmuş tədbirlərdə ümumilikdə 1777 müəssisə iştirak edib və işsizvə işaxtaran şəxslərə 15 min 657 vakansiya təqdim edilib.

Qeyd edək ki, əmək yarmarkaları işsiz və işaxtaran şəxslərinişəgötürənlərlə bilavasitə təmas yaratması və bu vasitə ilə işədüzəlmələrinə köməklik məqsədilə keçirilən aktiv məşğulluqtədbiridir.

Yarmarkalar işaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazivahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldəetmələri, aktiv məşğulluq tədbirlərinə cəlb olunmaları,işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisasa və təcrübəyəmalik olan kadrları seçmələrinə köməklik göstərilməsi məqsədilətəşkil edilir.

Yarmarkada iştirak etməklə vətəndaşlar karyera imkanları, əməkbazarı, peşələr haqqında məlumatlar əldə edə, Dövlət MəşğulluqAgentliyinin fəaliyyəti ilə tanış ola, aktiv məşğulluq tədbirlərinəmüraciət edə bilirlər.

Yarmarkanın təşkil edilməsi üçün Agentliyin Regional Məşğulluqfilialları tərəfindən mövcud olan vakansiyalar əsasındaişəgötürənlərin işçi qüvvəsinə real tələbatı öyrənilir. Əvvəlcədənyarmarkalarda iştirak etmək üçün müraciət etmiş işaxtaran və işsizşəxslərə yarmarkanın yeri, tarixi və vaxtı, yarmarkaya təqdimolunacaq vakansiyaların sayı, peşə və ixtisaslar barədə məlumatverilir. Eyni zamanda, qeyd olunan məlumatlar Agentliyin rəsmiinternet səhifələrində dərc edilir və Nazirliyin “Əmək vəməşğulluq” altsistemində işaxtaran və işsiz kimi qeydiyyatda olanşəxslərin elektron kabinetində yerləşdirilir.

Yarmarkada işaxtaran və işsiz şəxslərə işəgötürənlərləbilavasitə təmas yaratmaqla aşağıdakı xidmətlər göstərilir:

  • karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlarverilir;
  • peşə seçiminə istiqamətləndirilir;
  • peşə hazırlığına cəlb edilir;
  • haqqı ödənilən ictimai işlərə cəlb edilir;
  • iş yerlərinə göndəriş verilir.

Yarmarkada iştirak edən işəgötürənlər isə:

  • ölkənin hər bir nöqtəsində işaxtaran və işsiz şəxslərlə biraraya gəlmək,
  • əmək bazarının tələblərinə cavab verən işaxtaran və işsizşəxslərin CV formalarını əldə etmək,
  • gələcək vakansiyalar üçün real və interaktiv data banka sahibolmaq,
  • məşğulluq tədbirləri və proqramları ilə bağlı məlumat əldəetmək imkanı qazanırlar.
Chosen
37
1
az.trend.az

2Sources